Category: Hörmətlə Anırıq

  • NƏBİYEV AKİF MUSA OĞLU

    NƏBİYEV AKİF MUSA OĞLU

    Nəbiyev Akif Musa oğlu 13 noyabr 1950-ci ildə Göyçə mahalının Basarkeçər rayonunun Zərkənd kəndində anadan
    olub. 1971-ci ilin dekabrında ordudan tərxis olunub. 1972-ci ilin fevral ayında Bakı Baş Tikinti İdarəsinin 203 nömrəli İxtisaslaşdırılmış Mexanisaziya İdarəsində mexanik kimi ilk əmək fəaliyyətinə başlayıb. Gəncə Politexnik Texnikumunda təhsil aldığı illər A.M. Nəbiyevin mütəxəssis kimi yetişməyində məktəb rolunu oynamışdır. Akif Nəbiyevin BBTİ-də keçən fəaliyyət illəri yüksələn xətt üzrə gedib. O, 1974-1980-ci illərdə 203 nömrəli İMİ-nin nəzdində olan avtomobil dəstəsinin rəisi, 1980-1984-cü illərdə İMİ-nin qaraj müdiri, 1984-1992-ci illərdə 8 nömrəli İMİ-də baş mühəndis, 1992-1997-ci illərdə isə Bakı Baş Tikinti İdarəsinin Bakı Yol Tikinti Trestinin İstehsalat Texniki Təchizat İdarəsinin Asfalt Beton Zavodunun rəisi vəzifələrində çalışmışdır. O, BBTİ-də mexanik kimi işlədiyi illərdə ali təhsil almaq barədə düşünmüş və sənədlərini Azərbaycan Politexnik İnstitutunun avtomobil təsərrüfatı fakültəsinə verərək axşam şöbəsinə qəbul olunmuş və 1980-ci ildə institutu müvəffəq qiymətlərlə bitirmişdir. 1997-ci ildə Bakı Baş Tikinti İdarəsinin müəssisələri özəlləşdirməyə açıq elan olunarkən Akif Nəbiyev dövlət özəlləşdirmə Proqramı çərçivəsində İstehsalat Texnoloji Təchizat İdarəsini özəlləşdirmiş və idarənin bazasında İstehsalat Tikinti Mexanizasiya Şirkətini təsis etmişdir. O, 1997-ci ildən bu şirkətə rəhbərlik edir. A.M. Nəbiyev idarəni özəlləşdirdikdən sonra ilk öncə Dərnəgüldə – nəqliyyatın çox sıx olduğu ərazidə yerləşən idarəni Bakı Poladtökmə Zavodunun yaxınlığında bataqlıq bir sahədən 3 hektar ərazini alaraq gələcək şirkətinin bazasını
    yaratdı və İstehsalat Tikinti Mexanizasiya Şirkəti fəaliyyətə başladı.

    İTM şirkəti mövcud olduğu 18 ildən artıq müddət ərzində yüksək səviyyəli tikinti işləri yerinə yetirən etibarlı şirkətə çevrilmişdir. İTM şirkətinin Maddi Texniki Bazası  Binəqədi şossesi 53 ünvanında dörd hektarlıq ərazidə inşa
    edilmişdir. Şirkətin istehsalat sahələri Bakı şəhərində, Sizəyən və Quba rayonlarında yerləşir. Dərnəgüldə 20000 kv/m-lik sahədə istehsal gücü 50m3/saat olan beton qovşağı və bardür istehsalı sexi, Binəqədi şossesi sənaye sahəsində 40000 kv.mlik ərazidə asfalt zavodu kompleksi, 110 ton/saat istehsal gücünə malik Teltomat asfalt zavod kompleksi, aluminium və plastik qapı pəncərə istehsalı və ağac emalı sexləri şirkətin uğurlarına qarant verir.
    Həmçinin şirkətin Siyəzən rayonunun Gil-Gil çay sahədində qum-çınqıl karxanası, Quba rayonunun Qaraçay sahəsində istehsal gücü 40, 50 və 60 ton/saat olan 3 qum-çınqıl karxanası, Quba rayonunun Vəlvələçay sahəsində istehsal gücü  250 ton/saat olan Teknotak qum-çınqıl karxanası fəaliyyət göstərir.
    İstehsalat Tikinti Mexanizasiya Şirkəti fəaliyyəti dövründə bir çox respublika əhəmiyyətli iri layihələrdə iştirak
    etmişdir. Azfen B.M., Azneft-Tekfen Alyansının, AzfenTekfen-AMEC alyansının həyata keçirdiyi İlkin Neft Layihəsi
    (EOP) Səngəçal Terminalında, İnşaat texnikası təmini, topraq işləri və s.;

    Azəri-Çıraq-Günəşli (ACG FFD) neft yataqlarının tammiqyaslı işdənməsi proqramı; Səngəçal Terminalının  genişləndirilməsi layihəsi, Qırmadaş, qum, çınqıl və başqa inşaat materiallarının təminatı; AÇG FFD Kompressor və Suvurma Platformasının Üst Tikintilərinin Tikintisi Layihəsi;

    Sənqəçal-Qazıməmməd Qaz Boru Kəmərinin Tikinti Proqramı;

    Qaradağ Severnaya Qress Qaz Kəməri Layihəsi, ofis və  kampların təmiri və tikinti işləri və lahiyə kəməri boyunca
    Security və Servis yollarının tikintisi;

    “Azərenerji” ASC-nin və “Azərenerjitikinti” MMC-nin xətti ilə “Azərenerjitikinti” MMC-nin Xaçmaz rayonu, Şirvan, Bakı və Sumqayıt şəhərlərində tikilən Modul Elektrik Stansiyalarında tikinti, asfalt və yol inşaat işləri; Bakı şəhər İcra Hakimiyyətinin xətti ilə Bakı şəhərində tikinti abadlaşdırma işləri, yolların asfaltlanması və təmir-bərpa işləri, Bilgəh-Nardaran yolunun, Babək prospekti və bir sıra küçə və prospektlərin təmiri və yeni asfalt örtüyünün salınması; Nəqliyyat Nazirliyinin “Azəryolservis”ASC-nin xətti ilə Bakı şəhəri və şəhərətrafı yolların yeniləşdirilməsi və təmiri işlərinin yerinə yetirilməsi;

    Azərbaycan Tibb Universiteti, Texniki Universiteti, İnşaat Universitetinin tədris və inzibatı binalarının təmir və tikinti
    işləri, həmçinin həyətyanı sahələrinin abadlaşdırılması işləri;

    Dövlət Neft Şirkəti Bibi-Heybət neft mədənində yerləşən Gəmi Təmiri Zavodunun ərazisinin əsaslı abadlaşdırılması və asfaltlaşdırılması; Cristal Plaza; Dövlət Bayrağı meydanı və digər layihələr həyata keçirmişdir. İTM şirkəti bir çox Avropa və Türkiyə şirkətləri ilə  yeni tikinti və inşaat maşın-mexanizmləri və texnologiyalarının Azərbaycana gətirilməsi sahəsində sıx əməkdaşlıq edir. “BP”, “Azəravtonəqliyyatservis”, “Azərenerjitikinti” MMC, ARDNŞ, “Bakıelektrikşəbəkə” ASC və “Siemens” şirkətləri İTM şirkətinin başlıca və davamlı müştəriləridir.
    Ailəlidir, dörd övladı, beş nəvəsi var.

  • KİÇİK TORPAĞIN QƏHRƏMANI

    KİÇİK TORPAĞIN QƏHRƏMANI

    Atam Ocaqquliyev Məhərrəm 1938-1940-ci illərdə Sovet ordusu sıralarında hərbi xidmətdə olub. Dinc dövrdə əsgəri borcunu başa  urduqdan az sonra müharibə başlayır və evin yeganə oğlu olmasına baxmayaraq o, dərhal vətənin keşiyində mətn dayanmaq vəzifəsini qarışısına ən ali məqsəd kimi qoyur və cəhbəyə yollanır. 7 ilə yaxın hərbi ömür, qanlı-qadalı ömür yaşayıb. Müharibənin düz finalına kimi, Berlinə kimi gedib. Özünün söylədiyinə görə, çox əzab-əziyyətli günlər keçirib. O, deyərdi ki, elə anlar olurdu bütün alay məhv olurdu, insanların cəsədləri üzərindən təlatüm içində yeriyə-yeriyə bir qırağa çıxa bilirdim. Ola bilsin atamı bu müharibədə anası Qönçə nənənin duaları qoruyub. Məhşur «Kiçik torpağ»ın müharibə tarixinə Məhərrəm Ocaqquliyev də öz şəxsi imzasını qoyub.

    Bu qaynar tarixi nöqtədə özünü mübariz, qorxmaz bir azərbaycanlı kimi göstərmiş, döyüşçülük məharəti ilə fərqlənmiş və fəxri mükafatlara layiq görülmüşdür. Atamın şəxsi şücaəti haqqında Sov.İKP MK-nin nəzəri siyahısı jurnalı “Kommunist”də belə bir sitat getmişdir: “1943-cü ilin mayın 2-də 18 ordunun siyasi şöbə rəisi polkovnik  L.İ.Brejnev «Kiçik torpaq»dakı məşhur aprel döyüşlərinin yekunları haqqında Şimali Qafqaz cəbhəsinin siyasi  idarəsinə göndərdiyi məlumatda belə  bir epizodu təsvir etmişdir. “76 millimetrlik” topun komandiri baş serjant  Avzalov Xuday (facik), həmin topun tuşlayıcısı M.Ş.Hacıquliyev (azərbaycanlı) alman tankları ilə döyüşdə  soyuqqanlılıq göstərmiş faşistlərin hava hücumlarına baxmayaraq 1943-cü il aprelin 19-da düşmənin iki tankını  vurmuş, hitlerçilərin 3 müşahidə məntəqəsini və bir rotasını məhv etmişdir. Bu sitatda adı çəkilən azərbaycanlı  döyüşçü M.Ş.Hacıquliyev bizim söhbət açdığımız Ocaqquliyev Məhərrəm Şahverdi oğludur. Əlbəttə, bu adi, ötəri hadisə olsaydı adama o qədər yer eləməzdi. Bu təhriflər bir veteran ürəyi sındırılır. Həmişə olduğu kimi, familyanın  səhv yazılması, rus mənbəsindən başlayıb (nə qədər ki, bizə laqeydliyi göstərirlər belə olacaqdır).  Müharibənin arxiv sənədlərində atamın familyası “Adjikuliyev” kimi qələmə alınıb. Bizim tarixçilərdə özlərini  əziyyətə salıb həmin faktı dəqiqləşdirməmiş, istifadə etdikləri məxəzi hərfən çevirməklə işlərini bitirmiş hesab  etmişlər. Bu günah ictimai bəladır. Biz atamla birlikdə yol verilən xətanı düzəltmək məqsədilə həm Respublika  Maarif Nazirliyinə, həm də həmin sənədlərin ilk dəfə çap olunduğu Sov.İKP MK-nın nəzəri və siyasi jurnalı  “Kommunist jurnalının redaktoruna məktub yazmışdıq.  Respublika Maarif Nazirinin müavini Ə.Əfəndiyev cavab  vermişdir ki, Azərbaycan tarixi dərsliyinin təkmilləşdirilməsi zamanı M.Ocaqquliyevin iradı nəzərə alınacaqdır.  “Kommunist” jurnalı isə düzəliş edəcəyi barədə məlumat versə də nəticəsi yoxdur. Müharibədə yaxşı döyüşlərinə  görə aldığı medallarının vəsiqələrində də dəftərxana işçiləri bir neçə qüsura yol vermişlər. Məsələn, 1948-ci ildə  təklif olunduğu kimi Berlinin alınması uğrunda medalın vəsiqəsində familyası kobud formada təhrif olunaraq «Odjavkuliev» kimi yazılmışıdr. Praqanın azad olunması uğrunda medalın vəsiqəsində isə atasının adı Şahverdi  əvəzinə Şaxidoviç kimi qeyd edilmişdir. Həm ata adının yazılışında qələt edilmiş, həm də onu oviçləşdirmişlər. Pasportunda da ermənilər qəsddən əllaməçiliyə yol vermişlər; adını rusca Maqerlam yazmışlar. Görün bu adda azərbaycanlı nəfəsi hiss  olunurmu? Qərəz, yanlışlığa yol verilmiş sənədlər heç də atamın keçirdiyi döyüşçü ömrünün namuslu həyatını kölgədə qoymur. Amma dünənimizlə bu günümüz arasında tarixi əlaqələri dolaşıq salır. Ümumiyyətlə, belə desək yerinə düşər ki, tarix boyunca bizim xalqımız həm rus, həm də ermənilər tərəfindən düşünülmüş təxribata məruz qalmışdır. Gah mahnılarımızı özünküləşdirirlər, gah torpaqlarımıza göz dikirlər,  mədəniyyətimizə, incəsənətimizə təcavüz edirlər. Biz isə bunlara göz yumuruq, deyirik əşi, qoy desinlər-deyib vaz keçirik. Amma qeyd etmək lazımdır ki, son zamanlar bizim bəzi təşkilatlar bu sahədə işlərini gücləndirmişlər. Müharibə atam üçün çox gərgin keçmişdir. Mən bu sözləri onun özündən eşitmişəm. Onun müharibədə göstərdiyi şücaət, qəhrəmanlıq rəmzi bütün Azərbaycan üçün, yaşlı və  gənc nəsil üçün bir örnəkdir. L.İ.Brejnevin məhşur aprel döyüşçülərinin yekunları haqqında Şimali Qafqaz cəbhəsinin siyasi  idarəsinə göndərdiyi məlumatlardan sonra atama ən yüksək mükafat təqdim olunması haqqında məlumatlar verilmişdir. Hətta, Sovet İttifaqı  əhrəmanı kimi yüksək ad haqqında fikirlər mövcud olub. Atamın anasının dediklərinə görə, dövlət orqanları ciddi maraqlanıblar, Qönçə nənənin evini təmir edib və yardım göstəriblər. Deyiblər ki, oğlunuz bu yaxınlarda ən yüksək ada təqdim olunacaqdır. Bunu bütün kənd, eləcə də rayonun rəhbərlərinin məlumatları olub. Amma sonradan nə baş verib onu heç kim bilmir, bir Allahdan başqa. Bu ermənilərin, eləcə də o vaxt ki, bizim üzdəniraq rayon rəhbərlərinin də ürəyindən olmayıb. Bu işdə sapı özümüzdən olan baltalar çox çirkin və insan mənəviyyatına uyğun olmayan hərəkətlər ediblər, atamın arxiv sənədlərini ört-basdır etməyə çalışıblar, yuxarıdan tələb olunan  sorğulara saxtakarlıq edərək duzgün məlumatlar verməyiblər. Bu işdə o vaxt Basarkeçər rayonunda İcraiyyə  Komitəsində rəhbər vəzifədə çalışmış Bilal Məmmədov fəal (dırnaqarası) rol oynamışdır. Bu işin ört-basdır edilməsi  üçün dəridən-qabıqdan çıxaraq əlindən gələni etmişdir. Qeyd etmək istəyirəm ki, bu adamın həm də  bizə qohumluğu çatır. Mən bu faktı ona görə açıqaşkar qeyd edirəm ki, qoy bizdən sonrakı nəsillər əsl həqiqəti  bilsinlər. Çünki biz həmişə bu və ya buna bənzər faktların üstündən vaz keçdiyimiz üçün tarixi ədalətsizliyə yol  açmağa köməklik etmiş oluruq. İnsanın vicdanı necə belə şeyə yol verər? 7 ildən çox ömrünü vətən uğrunda mübarizəyə həsr etmiş, qəhrəmanlıq göstərmiş adam haqqında belə qərəzli mövqe tutasan, tarixi  saxtalaşdırmağa, eləcə də səhv və təhrif olunmuş məlumatlarla ölkə rəhbərliyini və insanları çaşdırasan. Bu çox qeyri-insani bir hərəkətdir. Bunu insanlar bağışlasalar da, tarix bağışlamaz. Bu məlumat Sovet İttifaqının dövründə Sov. İKP. MK-nın “Kommunist” jurnalında atamın haqqında çıxan bu qəhrəmanlıq barədə məlumat gedəndə L.İ.Brejnev Sovetlər birliyinin rəhbəri idi. Biz atama nə qədər dedik ki, gedək Moskvaya, Brejnevlə görüşək, axı o, sizi şəxsən tanıyır, adınızı da məqalədə çəkib, bəlkə bu tarixi ədalətsizliyi aradan qaldıraq. Lakin atam o qədər təvazökar insan idi ki, o bizimlə razılaşmadı, dedi ki, mənə heç nə lazım deyil, tarix özü şahiddir. Atam “kiçik torpaq” qəhrəmanı, topçu kimi 18-ci ordunun tərkibində müharibənin ən dəhşətli nöqtəsində igidlərin qanına boyanmış, uzunluğu altı kilometr, eni cəmi dörd kilometr yarım olan kiçik torpağı 255 gün əllərində saxlayan igid  döyüşçülərdən biridir. “Kiçik torpağın” hər bir müdafiəçisinin payına, o cümlədən, atanın payına ölüm saçan 1250 kiloqram metal düşmüşdür. “Kiçik torpaqda” 18-ci desant ordusunun döyüşçülərinin üçdə ikisi vuruşmuşdur. Atamın cəbhə yoldaşları onun haqqında belə deyirlər:

    -Ocaqquliyev Məhərrəm 76 mm-lik topu ilə faşistlərə aman vermirdi, düşmənin ən mühüm atəş nöqtələrini, texnikasını, canlı qüvvəsini sərrast atəşlə məhv edirdi. “Kiçik torpaq” əməliyyatından sonra atamın xidmət etdiyi ordu Berlin əməliyyatında iştirak etdi. 1945-ci ilin yazında sovet silahlı qüvvələrinin hissələri Şərqi Rusiyada, Şərqi Pomersaniyada və Sileziyada Hitlerin seçmə ordusunu darmadağın edərək cəbhəboyu Oder və Neyes çaylarına yaxınlaşdılar. Berlinə 60-70 km qalırdı. Berlin üzərinə həlledici hücumlara hazırlıq gedirdi. Qərb cəbhəsində isə
    İngiltərə və Amerika hərbi qüvvələri Reyn çayını keçmişdilər və hitlerçilər bu istiqamətlərdə bir milyon adam, 10400 top və minomyot 1500 tank və hücum topu, 3300 döyüş təyyarəsi toplamışdılar, tələmtələsik yeni qoşun hissələri düzəldib onlar silahlandırırdılar. Lakin bəşəriyyətin səbirsizliklə gözlədiyi intiqam saatı getdikcə yaxınlaşırdı. Berlin əməliyyatını həll etmək üçün sovet qoşunlarının 25 milyon canlı qüvvəsi, 41600-dan çox top və minomyotu, 6200-dən artıq tank və motorlu qurğusu, 7500 döyüş təyyarəsi vardı.
    Atam deyir:
    -Berlin əməliyyatı başlanğıcı olan 16 aprel günü heç vaxt yaddan çıxmayacaqdır. Minlərlə topun, minomyotun və əfsanəvi “Katyuşaların” iştirakı ilə artilleriya hazırlığının qurtarmasına üç dəqiqə qalmışdı. 143 zenit projektoru düşmənin gözünü qamaşdırırdı. Biz hücuma keçmək əmri aldıq. Yer-göy lərzəyə gəlirdi, topların səsi, projektorların işığı və texnikanın səsi bütün ətrafı bürümüşdü, heç nə eşitmək mükün deyildi. Ordumuz düşmənin birinci və ikinci mövqelərini sürətlə tutdular. Berlin uğrunda vuruşma gecə-gündüz davam edirdi. Aprelin 22-də qoşunlarımız düşmənin bütün müqavimətlərini qırdılar, müdafiə xəttini yardılar. Biz alova bürünmüş Berlini  görürdük. Düşmən müqavimət göstərməkdə davam edirdi. Hər metr sahəni, hər evi vuruşa-vuruşa alırdıq. 3-cü  zərbə ordusu Berlinin mərkəzində vuruşurdu. May ayının 1-nə keçən gecə Reystaqın üzərinə qələbə bayrağı   sancıldı. Berlin əməliyyatının gedişində faşist Almaniyası 70 piyada, 12 tank və 11 motorlu diviziyasını, çoxlu  əlahiddə hissələrini və bölmələrini itirdi. 480 min nəfər qədər hitlerçi əsgər və zabit əsir alındı. 1500-dən çox tank  və hücum topu, 4500 təyyarə, 11 minə yaxın top və minomyot ələ keçirildi. Biz dəhşətli müharibəni Berlində  qutardıq. Anamın duası məni düşmən gülləsindən qorudu. Od püskürən, ölüm saçan illərin əsgərinin sinəsini  bəzəyən 3 orden və 20-dən çox medal onun misilsiz qəhrəmanlığından xəbər verir. Soyuq müharibədən,  aqeyidlikdən əmələ gələn ağrı-acını atamın canından 18-ci ordunun Bakıdakı hərbi şöhrət muzeyinin direktoru  ehtiyatda olan polkovnik Səlim Səlimov almışdır. Bu yerdə deyərlər ki, dərdlinin dərdini dərd çəkənlər bilərlər.  “Kiçik torpaq” haqqında tarixi sənədlər dərc edildikdən sonra aparılan sorğu zamanı atamın sağ olmasını öyrənən S.Səlimov onu Bakıya dəvət etmiş, lazımi sənədləri aldıqdan sonra respublika televiziyası ilə çıxışını təşkil etmişdir. Bu araşdırmalarda kəndimizin sakini, orta məktəbin direktoru, bizim yaxın qohumumuz Həbib Səmədovun zəhməti olduqca böyükdür. Allah ona qəni-qəni rəhmət etsin.

    HÖRMƏTLİ MƏHƏRRƏM OCAQQULİYEV

    Salam. 18-ci ordunun siyasi şöbə rəisi L.İ.Brejnev yoldaşın 5 may 1943-cü ildə cəbhə siyasi idarəsinə göndərdiyi məlumatda göstərilibdir ki, 19 aprel 1943-cü ildə «Kiçik torpaq»da 76 mm topun komandiri Abzalov Xudayar Nəzəroviç (tacik), topun tuşlayıcısı Acıquliyev M.Ş (azərbaycanlı) düşmənin 2 tankını, 3 müşahidə məntəqəsini və bir taqım faşisti məhv etmişlər.  Bu faktla əlaqədar bizim muzeyin işçiləri bir sıra axtarışlar etmişlər və nəhayət «Kommunist» qəzetinin 10 fevral 1979-cu il nömrəsində «Döyüş dostları haradasınız?» başlığı ilə çap olan məqalədə sizdən söhbət açıblar.
    Məqaləni oxuduqdan sonra Cəlilabad rayonunun Alar kənd sakini, Böyük Vətən müharibəsi iştirakçısı Əsədullayev Meydan yoldaş sizin adresinizi bizə bidlirmişdir.
    Xahiş edirəm, özünüz haqqında muzeyimizə müəyyən məlumat göndərəsiniz. Sizə cansağlığı və
    müvəffəqiyyətlər arzu edirik.

    Hörmətlə: Muzeyin direktoru: Səlimov S.H

    Canlı şahidin əvəzi yoxdur. Bu baxımdan atamın keçmiş partiya rəhbəri L.Brejnev haqqında fikirləri çox maraqlıdır. Onun təbii söz-söhbətlərinə qulaq asdıqca məlum olur ki, bizə qaranlıq qalan tarixi daha yaxından öyrənirik.
    Mənim nəzərimdə kim müharibənin dadını görübsə, kim o od-alovun içində olubsa, demək Vətənə borclu
    deyil. Mən bütün cəbhə yoldaşlarım kimi rəhmətlik Brejnevə də belə nəzərlə baxıram. İndi onu çox tənqid
    edirlər. Məncə bu o qədər də insaflı iş deyil. Hər şey bir yana qalsın, onun vaxtında heç olmasa intizam
    vardı, pis dolanmırdıq. Ola bilsin ki, partiya aparatında səhvlərə yol vermişdi. Əyri işlərə göz
    yumurdu. Axı, dünyada kim səhvsizdi? Ümumiyyətlə, L.İ.Brejnev mənim yaddaşımda bir cəbhəçi kimi
    qalıb. Ona görə də, onun ünvanına söylənilən hədsiz tənqidləri ürəyim götürmür. Əslində onun səhvi həm
    də bizim səhvimiz deyilmi? Yoxsa, biz ayrı ölkədə yaşayırıq? Nə isə, bizim ölkədə belə bir xoşagəlməz
    adət yaranıb. Gedənin dalınca danışırlar. Vəzifədən düşəni necə gəldi qılınclayırlar. Mən atama belə bir
    sual verdim:-Partiyanın hazırkı vəziyyəti haqqında nə deyə bilərsiz? Şəxsən özünüz bir kommunist kimi
    partiya işinin yenidən qurulmasına hansı yolla əməli kömək göstərərsiniz?
    -Ay oğul, indi mənim vuran-tutan vaxtım deyil. Daha qocalıq öz işini görür. Amma açıq deyim ki,
    partiyaya inamım itməyib. Hazırda mənim əsas köməyim məsləhət verməkdir. Partiya bu dövrə qədər
    ölkəmizin əlində kəskin bir silah idi. Partiya nəfəs alan yerdə intizam, qayda-qanun yaranırdı. Özüm şahidi olmuşam. Partiyanın adı çəkiləndə düşmən tirtir əsirdi. Kommunist partiyası elə bir qala hesab olunurdu ki, onu heç bir qüvvə yıxmağa qadir deyildi. Açıq demək lazımdır ki, partiyanı vəzifə sahibləri gözdən salırdı. Şəxsən mən heç vaxt fikirləşmirdim ki, Sovet hökməti kimi hegemon bir dövlət dağılar, komunist partiyası gözdən düşər. Bunu Qorbaçov məharətlə bacardı və hər şeyi dağıtdı. İnanmırdım ki, Sovet hökuməti ola-ola bizi ata-baba  ordumuzdan qovarlar.
    HÖRMƏT VARİSLİYİ
    Ağsaqqal dünyasında ömür sürən Məhərrəm dayı özünü xoşbəxt baba hesab edir. 8 uşağından, 25 nəvəsindən və 2 nəticəsindən intəhasız həyat eşqi alır. Tarixlərə qara salmış ötən taleyindən danışanda isə «xoşbəxt baba» söhbətinə bir qədər ara verir. 5 illik müharibə qismətinə acımır. Təəssüf xatirəsinin baş mövzusuna çevrilən didərgin həyatı, qaçqınlıq taleyi onu daxilən, mənən yamanca yandırır, dağ boyda ürəyini sanki tikə-tikə edir. Hər tale söhbətinin axırında dərindən ah çəkir: «Ölmədik, didərgin də olduq!».
    Məhərrəm Ocaqquliyev 1918-ci ildə azərbaycanlıların dədə-baba yurdu sayılan Göyçə mahalının Basarkeçər rayonunun Zərkənd kəndində anadan olub. 2 yaşından ata üzünə həsrət qalıb. Anası ona həm ata olub, həm də ana. Kənddə nə qədər yoxsul hesab olunsalar da, süfrələri çörəksiz qalmayıb. Gözləri, könülləri tox olub. Bir də ki, yaxşı kəndçi yeməkiçməkdən korluq çəkməz. Ocaqquliyevlər ailəsi də belə idi, az tapanda az yeyiblər, çox tapanda çox. Nəhayət, əsgərlik vədəsi çatıb. Məhərrəm Ocaqquliyev o veteranlardan deyil ki, əsgərlik borcunu yalnız müharibə vaxtında keçirib. O, 1938-1940-cı illərdə, yəni dinc dövrdə əsgərliyini həyata keçirsə də, bir il
    fasilədən sonra yenidən ordu sıralarına – cəbhəyə, Vətəni alman işğalçılarından müdafiə etməyə çağırıblar. 7 ilə yaxın hərbi ömür – qanlı-qadalı ömür yükünü çəkib. Müharibənin düz finalına kimi – Berlin
    şəhərinədək gedib.

    Məşhur «Kiçik torpağ»ın müharibə tarixində Məhərrəm Ocaqquliyev də öz şəxsi imzasını qoyub. Bu qaynar tarixi nöqtədə özünü mübariz, qorxmaz bir azərbaycanlı kimi göstərmiş, döyüşçülük məharəti ilə fərqlənmiş və fəxri mükafatlara layiq görülmüşdür. Müharibədən sonra salnaməçilər tərəfindən buraxılan səhvlər ucbatından Məhərrəm dayı incimiş, xeyli narahatçılıq çəkmişdir. O, bu gün də narahatdır.  Çünki mənəvi məsuliyyətini itirə bilmir. Nə idi bu səhvlər? Əyani faktlara üz tutsaq, Məhərrəm dayının nə çəkdiyini daha tez duyarıq. 1982-ci ildə «Maarif» nəşriyyatında 9-10-cu siniflər üçün çap edilmiş «Azərbaycan tarixi» dərsliyinin 185-ci səhifəsində
    oxuyuruq:

    1943-cü il mayın ikisində 18-ci ordunun siyasi şöbə rəisi polkovnik L.İ.Brejnev «Kiçik torpaqdakı məşhur aprel
    döyüşlərinin yekunları haqqında Şimali Qafqaz cəbhəsini siyasi idarəsinə göndərdiyi məlumatda belə bir epizodu da təsvir etmişdir: «76 millimetrlik topun komandiri baş serjant Avzalov Xuday (tacik), həmin kodun tuşlayıcısı Hacıquliyev M.Ş. (azərbaycanlı) alman tankları ilə döyüşdə soyuqqanlılıq göstərək faşistlərin
    hava hücumlarına baxmayıb 1943-cü il aprelin 19- da düşmənin iki tankını vurmuş, hitlerçilərin 3
    müşahidə məntəqəsini və bir rotasını (bir taqımını) məhv etmişlər».
    Bu tarixi faktda adı ayrıca çəkilən azərbaycanlı döyüşçü Hacıquliyev M.Ş. bizim söhbət açdığımız
    Ocaqquliyev Məhərrəm Şahverdi oğludur. Məhərrəm dayı Sovetlər birliyinin çökməsinə qəti inanmırdı. Amma bu hadisə gerçəkləşdi. O deyərdi:
    – Ay oğul, indi mənim vuran-tutan vaxtım deyil. Daha qocalıq öz işini görür. Amma açıq deyim ki, partiyaya inamım itməyib. Hazırda mənim əsas köməyim məsləhət verməkdir. Partiya bu dövrə qədər ölkəmizin əlində kəskin bir silah idi. Partiya nəfəs alan yerdə intizam, qayda-qanun yaranırdı. Özüm şahidi olmuşam. Partiyanın adı gələndə düşmən titimtitim titrəyirdi. Kommunist partiyası elə bir qala hesab olunurdu ki, onu heç kim yıxa bilməzdi. Açıq demək lazımdır ki, partiyanı vəzifə sahibləri hörmətdən saldı. Amma bu müvəqqəti hadisədir. Bizim ölkəni partiya qurub, partiya da yaşadacaqdır. Sözün düzü, mən didərgin olan günə kimi partiyanın zəifləməsinə
    inanmırdım. İnanmırdım ki, partiya, Sovet hökuməti ola-ola bizi dədə-baba ocağından qova bilərlər.
    Həyətimizdə bir hovuz vardı. Onu böyütmək istəyirdim. Evdə arvad-uşaq üstümə düşmüşdü ki, heç bir iş
    görmə, qaçaqaç düşüb, bir azdan növbə bizə çatacaq. Onları eşitmədim. Əlimə ling götürüb, hovuzun bir
    tərəfini söküb yekəltməyə başladım. Amma işim yarımçıq qaldı. Zəlzələdən sonra bizi də qovdular. Onda yəqin etdim ki, arvad-uşaq düz deyirmiş. İndi o günlərə çox acıyıram. Arzum odur ki, millət davalarına tez son qoyulsun. İstərdim ki, heç olmasa indən sonra bu yenidənqurmanı qanunauyğun şəkildə həyata keçirsinlər. Adamları özbaşına buraxmaqla yenidənqurma aparmaq olmaz.
    Doğrudan da, ağsaqqalın ən böyük köməyi onun vaxtaşırı verdiyi məsləhətlərdir. Elə məsləhətlər ki, bəzən bir ordunun gördüyü işi aşırır. Ona görə də, biz veteran ağsaqqallarımızı, sinəsi öyüd-nəsihətlə dolu baba- ənələrimizi qorumağı, onları diri ikən əzizləməyi öyrənməliyik. Ağsaqqallarımızın bu gün qəlbinə dəyənləri biz duymuruqsa demək, sabah bizim qəlbimizə toxunanları duyan olmayacaq. Axı, hörmətin də mayasında varislik var.

    BİR AĞSAQQAL TANIYIRAM

    (Divani)
    Krım yarmadasında «Kiçik torpaq» döyüşlərinin
    yekunu üzrə 18 ordunun siyahısı şöbəsinin rəisi
    L.İ.Brejnevin xatirələrində yaşayan “Azərbaycan tarixi”
    dərsliyinə düşən 75 yaşlı vətən qəhrəmanı Ocaqquliyev
    Məhərrəm Şahverdi oğluna ithaf edirəm
    Bir ağsaqqal tanıyıram, xoş xislətli, xoş əməlli
    yaxşılığı özü üçün əsl peşə seçib çoxdan.
    Bir ağsaqqal tanıyıram, düz Krımdan Berlinədək
    düşmənləri qova-qova döyüş yolu keçib çoxdan.
    Bir ağsaqqal tanıyıram, Brejnevin dostu olub,
    Bir olayı məhv edibdi, alınmayan postu olub.
    Dözüb hər cür çətinliyə, soyuq olub, isti olub,
    Top dalında dayanaraq yağıları biçib çoxdan.
    Qalxın vətən oğulları, sizdə biçin düşmənləri,
    Xalqımızın tezliklə yaxınlaşsın qoy zəfəri.
    Bir ağsaqqal tanıyıram, “yetmiş beş yaşlı” əsgəri
    Faşistlərin al-qanını ovuc-ovuc içib çoxdan.
    Rəhim QURBANİ

    ATƏŞ SƏRRAST İDİ…

    İkinci Dünya müharibəsinin igid əsgəri Məhərrəm Şahverdi oğlu Ocaqquliyev Azərbaycanın qədim
    ata-baba torpağında Basarkeçərin Zərkənd kəndində 1918-ci ilin bahar fəslində doğulub. İki yaşı olanda
    atası Şahverdi kişi dünyasını dəyişib. Atam uşaqlıqdan taleyini əməyə, zəhmətə bağlayıb. Onun atası
    deyərdi: «Həyatın cövhəri əməkdir. Əllərimdəki qabarların hər biri bir əmək dastanıdır. İnsanı yaşadan
    əməkdir. Əmək insanı ucaldır, alnı açıq edir. Heç kimə möhtac olmağa qoymur…».
    O, atasının nəsihətlərini yaddaşında saxladı, özü üçün həyat, mübarizə məramnaməsinə çevirdi.
    Mənalı əmək onu yaşatdı, çörək üçün heç kimin qapısını döymədi. Yaraşıqlı ev tikdi. Bağ saldı. Anası Qönçə arvad iki inək aldı, qoyun-quzu saxladı. Güngüzəranları yaxşı keçirdi.  Atamın əsgərliyə getmək vaxtı gəlib çatmışdı. 1938-ci ildə onu hərbi xidmətə çağırdılar. 1940-ci ildə əsgəri xidmətini başa vurub  doğma kəndinə qayıtdı. 1941-ci ilin iyun ayının 22-də Böyük Vətən Müharibəsi başlayandan 3 gün sonra ona çağırış vərəqi gəldi. Atam o günləri ürək ağrısı ilə xatırlayır.

    – Məni bütün kənd yola salmağa gəlmişdi. Anam, yaxın qohumlarım bərk narahat idilər. Hamının gözləri yaşarmışdı. Anam özünü əla ala bilmirdi. Mən onu belə ağır, dəhşətli vəziyyətdə görməmişdim. Anam qollarını boynuma salıb xısın-xısın ağlayırdı. Ağ köynəyimin çiyni və döş tərəfi onun göz yaşından islanmışdı. Anama yazığım gəlirdi. Yanıb qovrulurdum. Anamın üzünə baxa bilmirdim. Açığını deyim, mən özüm də ağlayırdım. Anamın gözləri ağlamaqdan şişmişdi, yaş öz-özünə üzü ilə aşağı axırdı. Yenicə dən düşmüş saçları yaylığının altından çıxmışdı. Mənə elə gəlirdi ki, arvadın ağlı yerindən oynayıb. Artıq qatara minmək əmri verilmişdi. Anam başını sinəmə bərk-bərk sıxdı, boynumu qucaqladı. Halı özündə deyildi. Tir-tir əsirdi. Qohum-qardaş onu ovundura bilmirdi. Mən onu sakitləşdirməyə çalışırdım. Anam qollarını boynuma daha da bərk-bərk sıxıb ağlayırdı.
    Bütün vücudu əsirdi. Bircə kəlmə də danışmırdı, səsi batmışdı, dağ boyda arvad iki günün içində əriyib yumağa dönmüşdü. Anam qocalmışdı. Mən ona dedim: – Ana, sənə qurban olum, özünü ələ al, axı belə olmaz, dostdan çox düşmən var. Bir söz de,  xeyir-dua ver… O isə xırıldaya-xırıldaya, güclə deyirdi: «Canım-ciyərim, ay oğul, qorxuram bir daha görüşməyək». Ürəyim parçalanırdı, bir yandan da anam məni diri-diri basdırırdı. Anamdan, doğma torpaqdan ayrılmaq mənim üçün ağır idi. Axı, mən toya getmirdim, müharibəyə gedirdim, odun-alovun
    içinə atılırdım. Anamın bu hərəkətinə ürəyimdə hirslənsəm də, lakin bürüzə vermirdim. Anamın əllərini zorla boynumdan ayırdım, lakin yenə onu qucaqladım, boynuna sarıldım. Araya dərin bir sukut çökdü. Mən anamın qızarmış iri gözlərində bircə gilə yaş görmədim. Onun aşağı sallanmış damarlı əlləri, çənəsi, şişmiş dodaqları əsirdi. Mən anamdan ayrıldım. Onun işıqlı üzünü qabarlı əllərimin içinə alıb bərk-bərk öpdüm, qatara tərəf yüyürdüm…
    Qatar ağır-ağır gedirdi. Pəncərədən baxdım. Anam və qohumlarım bir yerə toplaşmışdılar. İxtiyarsız olaraq əllərini yuxarı qaldırıb yelləyirdilər, hiss edirdim ki, gülümsəmək istəyirlər, lakin bacarmırdılar. Anamın saçı iki günün içində ağarmışdı, qanı qaçmış dodaqları nəsə pıçıldayırdı. Anam qatara tərəf yüyürmək istəyirdi, lakin tərpənə bilmirdi,
    yerində donub qalmışdı. Anam qocalmışdı. O, bu cür də bütün müharibə illəri mənim xəyalımdan
    getmədi…

    …18-ci ordunun komandanı K.Leselidze onun rəhbərlik etdiyi ordu böyük  uğurlar qazanmışdır. Mən dəhşətli müharibəni – Berlində qurtardım. Ana duası məni düşmən gülləsindən qorudu. Doğma torpağa, anamın yanına qayıtdım. İndi o tarixi gündən 50 il keçir. Məhərrəm kişi ömrünün müdrik çağlarını yaşayır. 8 uşaq atasıdır. 25 nəvəsi və iki nəticəsi var. Od püskürən, ölüm saçan illərin əsgərinin sinəsini bəzəyən 3 orden və 20-dən çox medal Məhərrəm Ocaqquliyevin misilsiz qəhrəmanlığından xəbər verir. Bütün bəşəriyyəti zənginləşdirmiş həyat
    quruculuğunun nadir təcrübəsinin daşıyıcıları veteranlara Eşq olsun!

    Həsən Ocaqquluyevin “Yada Qalan Xatirələr” Kitabından

  • MEHMANDAR ƏLİYEV

    Əliyev Mehmandar Əhməd oğlu 1937-ci ildə Basarkeçər rayonunun Zərkənd kəndində anadan olmuşdur. Orta  təhsil aldıqdan sonra Azərbaycan Kənd Təsərrüfati İnustutunda təhsil almış aqranom ixtisasına yiyələnmişdir, Hələ uşaq vaxtı atasını itirmişdir. Anası Gülü nənə ona həm ata, həm də ana olmuşdur, ali təhsil vermiş, evləndirmiş və boya-başa çatdırmışdır.

    Kənddə aqranom vəzifəsində çalışmışdır. Sonra kolxoz sədri vəzifəsinə təyin edilmişdir. Yetimliklə böyüməsinə baxmayaraq ali məktəbi çox uğurla başa vurmuş və öz övladlarının da qayğısını bir ata kimi ləyaqətlə çəkmişdir. Oğlanlarının hamısına ali təhsil vermişdir.

    Həsən Ocaqquluyey

  • HƏBİB SƏMƏDOV

    Səmədov Həbib Yusif
    oğlu 1932-ci ildə Basarkeçər
    rayonunun Zərkənd kəndində anadan olmuşdur.Kənddə
    orta təhsil aldıqdan sonra
    Bakıda ali təhsil almışdır.
    Əmək fəaliyyətinə Zərkənd
    kənd orta məktəbində müəllimliklə başlamışdır. O sıravi
    müəllimlikdən məktəb direktoru kimi yüksək bir
    vəzifəyə ucalmışdır. Çox gözəl pedaqoq və təşkilatçı
    idi. Kənd orta məktəbində o işlədiyi dövrdə şagirdlərin
    təhsillənməsinə çox fikir verərdi. Kənd orta məktəbini
    bitirənlərin 90 faizdən çoxu ali məktəblərə qəbul olardılar. Demək olar ki, hal-hazırda respublikanın müxtəlif
    sahələrində çalışan təhsilli kadrların əksəriyyəti onun
    yetişdirmələridirlər. O, çox işgüzar və vəzifəsinə məsuliyyətlə yanaşan bir şəxs idi. 1988-ci ildə məlum
    hadisələrlə əlaqadar Bakı şəhərində məskunlaşdı və
    ordada pedaqoji fəaliyyətini davam etdirdi. Bakı şəhərində orta məktəblərdən birində müəllim işlədi. Sonralar
    çox təəssüf ki, səhhəti pisləşdi və bir neçə ildən sonra
    2011-ci ildə dünyasını dəyişdi.
    Yadda qalan xatirələr
    – 426 –
    HƏBİB MÜƏLLİM
    Mərifətdə tayın yoxdur dünyada,
    Təksən bu dünyada Həbibim mənim.
    Hal bilən, dərd qanan çoxdu dünyada,
    Bir dürsən dəryada, Həbibim mənim.
    Dillənən könülümün incə simidi,
    Hər sözün bizlərə türfə kimidi,
    Qəlbin dosta açıq, süfrə kimidi,
    Sir verməzsən yada, Həbibim mənim.
    Sən tək etibarlı hardadı harda?!
    İmdad diləyəni qoymazsan darda,
    Mərifətdən söhbət olan diyarda,
    Tez düşərsən yada, Həbibim mənim.
    Dost yolunda başı fəda edərsən,
    Laçın kimi düşmən bağrı didərsən.
    Simurqun tək lələk salıb gedərsən,
    Yetişərsən dada, Həbibim mənim.
    İsmixan müntəzir gəlsin karına,
    Başım armağandır ixtiyarına,
    Üzlərim payəndaz ayaqlarına,
    Layiqsən bu ada, Həbibim mənim.
    İsmixan Didərgin